Zaur USTAC: — DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

x-RVTRFF_400x400

DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

(Allah sənə qəni-qəni rəhmət eləsin, Sabir…)

İstəyirlər, aparsınlar əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Saxlatmışam, bu da mənə sağoldu,

Başıküllü, səki bu da oğuldu,

“Pavestkanı” görən kimi boğuldu,

İstəyir ki, ini gedə əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Noğul bala, cobbalanma üstümə,

Gir “qəttana”,  qapaq qoyum üstünə,

Bütün aləm  mat qalıbdı şəstimə,

Heç qoyaram, gedəsənmi əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Nə əsgərlik bazarıdır, ay bala…

Get siqaret, zadını sat ay  bala,

Zad ki, dedim, adını sat ay bala,

Özünü mən qoymaram ki, əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Vay, ay aman, gör döyülən qapımı???

İndi harda bəs gizlədim balamı???

Gir tövləyə, ordan çıxar yabını…

Ya, gir dama, aman vermə itlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Qurtarmışam, di gəl, yenə gəzirlər,

Pulluları bircə-bircə bilirlər,

Deyirlər ki, yavaş-yavaş gəlirlər,

Hər tıqqıltı bizi salır hinlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Vicdan nədi, namus nədi, ar nədi…

“Vayenkom” var, elə bil ki, gürzədi,

Amma ki bu, hər nə versən qanedi,

Nəyim vardı, doldurmuşam ciblərə…

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Bala, bizdən əsgər olmaz ölkiyə,

Biz yaxşıyıq, fırıldağa, bicliyə,

Qurban olum, o  yüzlüyə, minliyə…

Tülkü olub, biz gedərik alverə,

Adam kimi, ta getmərik əsgərə…

15-16. 01. 1993. Ağdam, Yusifcanlı.

 

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye

 

 

Реклама

«OLACAQ» — Zaur USTAC

ZAUR USTAC

 

OLACAQ
(…sözünüz ağzınızda qalmasın…)

Ağzındakı söz olmasa,
Ürəyində köz olacaq…
Dediyin söz düz olmasa,
Boğazında qoz oacaq…
* * *
Ağız dilə dar olarsa,
Düz əyriyə yar olarsa,
Haqq nahaqdan xar olarsa,
Silinməyən iz olacaq…
* * *
Məncə yox, bundan betəri,
Dəyər, hamıya xətəri,
Heç nəyə baxma ötəri,
Yatağında biz olacaq…
* * *
Dünyanın ən acı dərdi,
Sındırıbdı, neçə mərdi,
Hamı dinmədikcə, mərddi,
“Quş uçurtsa, qaz olacaq…”
* * *
Ağızda söz gəvələmək,
Ən acı dərd, böylə bilək,
Nəsimidən alaq örnək,
Ustac desə, az olacaq…
05.04.2018. Bakı. ( 15:49 — 9’)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan