Xaliq Rəhimli — Zaur Ustac haqqında.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  üçüncü  yazı:

 

otuzfscild

«Çoxu deyər tay dünyanın sonudu Fəqət bilməz yeni dünya sənindi» — deyən Zaur Ustacın şeirləri öz nikbinliyi, həyat eşqinin zənginliyi ilə məndə maraq oyatdı. Zaurun şeirlərində şifahi xalq ədəbiyyatının ətri, ustad nəfəsi var. Yaxşı cəhətlərdən biri budur ki, şair min illərin əzəli və əbədi mövzularına özünəməxsus şəkildə yanaşmağı bacarır, həmkarlarından fərqlənməyə çalışır və buna nail olur Zaur Ustacın şeirlərinə işıq salan eyni zamanda onun səmimiyyətidir, sözə məsuliyyətlə yanaşmasıdır. O kəmiyyətdən çox keyfiyyətə fikir verir və zəhmətsiz, havayı şöhrətdən uzaqdır. Bu da özündən əvvəlki söz ustadlarının ruhuna hörmət əlamətidir. İstedadı verən Allahdır Bu mənada Zaurun Yaradanın nəzərində olmağına inanıram. Sözündən tanıdığım şair dostuma yeni- yeni uğurlar diləyirəm.

Müəllif:  Xaliq Rehimli

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

«Şair Zaur Ustac haqqında» — Əjdər ƏLİZADƏ

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  ikinci  yazı:

otuzfscild

 

Şair Zaur Ustac haqqında:

Zaur Ustac öz dəsti-xəti ilə, şeir yazmaq üslubu ilə, özünəməxsus şairlik istedadı ilə müasir Azərbaycan ədəbiyyatına artıq püxtələşmiş bir şair kimi daxil olacaq şairlərdəndir. Zaur Ustac yaradıcılığı çox maraqlı, çox zəngin və oxucunun ürəyinə yol tapandır. Şairin vətənpərvər, hərbi vətənpərvər və müqəddəs anaları vəsf edən şeirlərini xüsusi qeyd etmək istərdim. Zaur Ustacın bu qəbildən olan dərslik kitablarına daxil edilə biləcək çoxlu sayda əsərləri mövcuddur. Qarabağımız, şəhidlərimiz və şəhid analarına həsr olunmuş şeirləri daha önəmlidir.
Şairin təbiəti vəsf edən şeirlərini oxuduqca insan qeyri-ixtiyari xəyal qanadlarına yüklənərək həmin dağlara, yamaclara, mənzərəli yerlərə səyahət edir.
Şairin sevgi şeirləri də çoxdur. Onun lirik şeirlərini oxuduqda keçmişdə sinədəftər, bədahətən deyişmələr edən şair və aşıqları, hətta Dədə Ələsgəri xatırlamamaq olmur.
Biz də istedadlı şair Zaur Ustaca bu gözəl və nəcib yaradıcılıq yollarında sonsuz nailiyyətlər arzulayırıq.

Müəllif: Əjdər Əlizadə

QISA ARAYIŞ:

Əjdər Əlizadə, keçmiş SSRİ jurnalistlər ittifaqının və indiki Azərbaycan jurnalistlər birliyinin üzvü, “Qızıl Qələm”- Fəxri Media Mükafatı laureatı (1983 və 2003), Həsənbəy Zərdabi adına Diplom (2003) laureatı.
Üç kitab müəllifi (“Sevgi də bir dünyadır”, “Qəzəllər”, “Vətənimi sevə-sevə yaşadım”)

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.