ZAUR USTACIN KİTABLARI

ZAUR USTAC

ZAUR USTACIN KİTABLARI:

 

“GÜNAYDIN” (“AĞÇİÇƏYİM”) Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.)ZU — GAC

“İSTƏMƏZDİM  ŞAİR  OLUM  HƏLƏ  MƏN”  Bakı – 2010. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) ZU — İSOHM

“GÜLZAR” Bakı – 2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var. ) ZU — G

“MUM KİMİ YUMŞALANDA” Bakı – 2011. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) ZU — MKY

“MƏHDUD  HƏYATIN  MƏCHUL  DÜŞÜNCƏLƏRİ” Bakı – 2011. (Bu günə qədər iki dəfə nəşr olunub və elektron variantı var.) ZU — MHMD

“ŞEHÇİÇƏYİM” Bakı -2011. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.) ZU — SC

“BALÇİÇƏYİM” Bakı – 2012. (Bu günə qədər bir  dəfə nəşr olunub və elektron variantı var.)ZU — BC

“BƏRZƏXDƏ”  Bakı – 2014. (Bu günə qədər bir  dəfə nəşr olunub) ZU — B

“NİŞANGAH” Bakı – 2016. (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.)  ZU — N

“ORİYENTİR  ULDUZU” Bkı -2011. (Bu günə qədər  beş dəfə nəşr olunub və elektron variantı var.) ZU — OU

“GÜLÜNÜN  ŞEİRLƏRİ” Bakı – 2011. (Bu günə qədər  üç  dəfə nəşr olunub və elektron variantı var.)

“SEVİN Kİ, SEVİLƏSİZ” Bakı – 2014. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.) ZU — SKS

“BAYATILAR” –     بایاتیلار  ” زائـــور اوستاج ” – Bakı -2014. (Bu günə qədər  iki əlifba ilə üç dəfə nəşr olunub və elektron variantı var. Təbrizdə yayımlanıb.) ZU — BAY

“QƏLBİMİN  AÇIQCASI”  Bakı – 2016. (Bu günə qədər  bir   dəfə nəşr olunub və elektron variantı var.) ZU — QA

“USTADNAMƏ” Bakı – 2016. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) ZU — U(KHK)

“USUBCAN  ƏFSANƏSİ”   (MƏQALƏLƏR)  Bakı – 2017. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.)ZU — USUB

“ÇƏHRAYI  KİTAB”  Bakı – 2017.  (Bu günə qədər  iki  dəfə nəşr olunub və elektron variantı var.) ZU — CK

“OTUZ  İLDİR  ƏLDƏ  QƏLƏM”  Bakı – 2018. (Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) ZU — OƏQ

 

YANDIRILMIŞ  (LƏĞV OLUNMUŞ) KİTABLAR:

 

“93 – ün yayı və ya bir qaşıq qatıq”,  Roman,  Bakı – 2011.  (Bərpa olunacaq.)

“2016”, Povest,  Bakı – 2011.  (Bərpa olunacaq.)

 

 

MÜƏLLİFİN YUXARIDA SADALANAN ÖZ KİTABLARINDAN ƏLAVƏ ŞEİRLƏRİNİN YER ALDIĞI ANTOLOGİYA VƏ TOPLULARDA VAR:

 

 

“ZİRVƏ”  antologiyası.  Bakı – 2017. (Sona xanıma və Vüsal bəyə təşəkkürlər.)(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı yoxdur.)

 

“RUHUMUZUN TURAN ƏTRİ” “Dədə Qorqud”  kitabxanası seriyasından.  Bakı – 2017. (Balayar müəllimə, Sabir müəllimə, Mehman müəllimə təşəkkürlər.)(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı yoxdur.)

 

“MƏQAM”  Toplu.  Bakı – 2017. (Hacıxanım  Aidaya təşəkkürlər.)(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı var.) HXA — M

 

 

ASKEF-in  yayımladığı “KARABAĞD’AN, KERKÜK’DEN  ÇANAKKALE’YE”  (şiir  seçkisi)   antologiyası.  Türkiye– 2017. (Günel xanıma, Sayman Aruz bəyə, Sona xanıma və Savaş Ünal bəyə təşəkkürlər.)(Bu günə qədər  bir  dəfə nəşr olunub və elektron variantı yoxdur.)

 

Yazarın bu günə qədər ənənəvi qaydada nəşr olunmuş bütün kitablarının elektron variantları var. Hamı üçün tam pulsuz və təhlükəsiz  əlçatanlığı  təmin  etmək  məqsədi ilə Zaur Ustac yaradıcılığının  30 iliyi yubley tədbirləri çərçivəsində  təkrar EK nəsrlər olacaq.  

 

FAYDALI  MƏLUMATLAR:

 

 

BLOQLAR:

  1. https://zauryazar.wixsite.com/zaurustac
  2. https://ustacaz.wordpress.com/

 

MAKLER — VİP

Реклама

ZAUR USTAC HAQQINDA

ZAUR USTAC

ZAUR USTAC HAQQINDA

 

Zaur Ustac 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac «Yazarlar» jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac «GÜNAYDIN“ («AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, “MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, “BƏRZƏXDƏ”, “GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ…”, “QƏLBİMİN  AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, “ÇƏHRAYI  KİTAB”  kimi şeirlər kitablarının, “USUBCAN  ƏFSANƏSİ” adlı  məqalələr toplusunun  və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ ORİYENTİR ULDUZU” kitabının müəllifidir.

 

 

زائوراوستاج 8 یانوار1975-جی ایلده؛باکی شه هه رینده؛آنادان اولموش.ایلک تحصیلی نی؛آغدام رایونونون یوسیفجانلی که ن د؛اورتا مه ک ته بینده آلمیش؛آردیجیل اولاراق باکی دوله ت اونیوئرسیتئدینده عالی تحصیلاتین بئین الخالق ایختیراچیلیق وبیزنئس اینستیتوتونـدا و شاماخی هومانیتار کوللئجینده داوام ائتدیرمیشدیر.زائوراوستاج1988-جی ایلده ن؛اعتیباره ن دؤوری مطبوعاتدا؛چیخیش ائدیر. او«یازارلار»ژورنالینین تأسیس چی سی وباش ریداکتورودور. زائوراوستاج*گونآیدین,آغ چیچه ییم,ایسته مه زدیم شاعیراولوم حه له من, گولزار,شئح چیچه ییم,محدود حه ی دتین مجهول دوشونجه له ری, برزخ ده, موم کیمی یومشالاردا,بایاتیلار,بال چیچه ییم,گولونون شعرله ری, سئوینکی سئویله سیز..,قه ل بیمین آچیقجاسی,اوستادنامه,نیشانگاه, چه ه رایی کیتاب,اوتوزایلدیرالده قه له م,کیمی شعرله ر اوسوبجان افسانه سی آدلی مقاله له ر توپلوسونون و آذربایجان رئسپوبلیکاسینین میللی قهرمانی گیزیر موباریز,,ایبراهیمووون عزیزخاطیره سینه حسر اولونموش,,اوری یئنتیر اولدوزو,,کیتابینین موعه ل لیفیدیر. اوستاجا گؤره یازارلار؛آنجاق یازارلار… یعنی شوبهه سیز کی؛حیکمه ت و سؤز؛اوجا تانرییا مخصوصدور بیز ساده جه؛دیکته اولونانلاری قه له مه آلان؛قه له م توتان قوللاریق. قه له مین صاحیبیده اودور                          

 ! اوستاجلییام الیم عرشی اعلادا…   بو نه سیته م میلله تیم نه بلادا؟

 

 

 

زائوراوستاج هشتم ژانویه 1975میلادی درشهرباکومتولدشد.تحصیلات ابتدائی ومتوسطه رادرروستای یوسفجانلی ازتوابع شهرستان آغدام؛به اتمام رسانیده وبه دنبال آن تحصیلات عالی اش را؛دردانشگاه دولتی و انستیتوبین المللی اختراعات وکسب وکاروکالج بشردوستانهء شهرشاماخی ادامه داده وازسال1988میلادی نیز؛اجرای سخنرانی دوره ای مطبوعات رابرعهده داشته است.وی مؤسس وسردبیرمجلهء «یازارلار»نیزمی باشد. زائوراوستاج صاحب آثاری چون*گونآیدین,آغ چیچه ییم,ایسته مه زدیم شاعیراولوم حه له مه ن,گولزار,شئح چیچه ییم,محدود حه ی دتین مجهول دوشونجه له ری,برزخ ده,موم کیمی یومشالاردا,بایاتیلار,بال چیچه ییم, گولونون شعرله ری,سئوین کی سئویله سیز…,قه ل بیمین آچیقجاسی, اوستادنامه,نیشانگاه,چه ه رایی کیتاب,اوتوزایلدیر الده قه له م, ونیز گرد آورندهء مقالات اوسوبجان افسانه سی ومؤلف کتاب اوری یئنتیر اولدوزو (ستارهء استقامت)به یاد؛داشت ابراهیم اف,قهرمان ملی ومبارز شجاع جمهوری آذربایجان نیز می باشد. به هرحال نویسندگان راجع به اوستاج می نویسند؛یعنی بی شک وشبهه؛ سخن وحکمت؛مخصوص خداوند بلندمرتبه است.مافقط بندگان قلم بدستی هستیم که دیکته شده ها را می نویسیم صاحب قلم نیز اوست. زائور اوستاج:اهل اوستاجم دستم رو بسوی عرش اعلاست؛؛این چه ستم وچه بلایی ست که ملتم گرفتارش شده است؟؟؟

 

 

 

Zaur Ustac was born on January 08, 1975, in Baku of Azerbaijan Republic. He studied at Baku State University and then continued his education at Higher Military School named after Heydar Aliyev , International Institute of Invention & Business and Shamakhi Humanitas College. He is Chef Editor in The Yazarlar Magazine.

 

 

 

Zaur Ustac, 1975-ci il ocak ayının 8`in de Bakü`de doğdu. Okul hayatına Ağdam`ın Yusifcanlı köy orta okulunda başlamış, ardından Bakü Dövlet Üniversitesinde, Bakü Ali Birleşmiş Kumandanlık okulunda, “Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu”da ve “Şamahı Humanitar Kolleci”nde tahsil hayatını devam ettirmişdir. Zaur Ustac, “Yazarlar” dergisinin kurucusu ve baş editörüdür.

 

 

ƏSAS SAYT:

http://zaurustac.tr.gg/

ZAUR USTACIN ÜNVANI:

http://wikimapia.org/32640569/Zaur-USTAC

 

FAYDALI  MƏLUMATLAR:

 

BLOQLAR:

  1. https://zauryazar.wixsite.com/zaurustac
  2. https://ustacaz.wordpress.com/

 

 

XARİCİ KEÇİDLƏR:

Zaur USTAC

 

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

MAKLER — VİP

 

 

Zaur USTAC: — DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

x-RVTRFF_400x400

DƏDƏN ÖLƏR, QOYMAZ SƏNİ ƏSGƏRƏ…

(Allah sənə qəni-qəni rəhmət eləsin, Sabir…)

İstəyirlər, aparsınlar əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Saxlatmışam, bu da mənə sağoldu,

Başıküllü, səki bu da oğuldu,

“Pavestkanı” görən kimi boğuldu,

İstəyir ki, ini gedə əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Noğul bala, cobbalanma üstümə,

Gir “qəttana”,  qapaq qoyum üstünə,

Bütün aləm  mat qalıbdı şəstimə,

Heç qoyaram, gedəsənmi əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Nə əsgərlik bazarıdır, ay bala…

Get siqaret, zadını sat ay  bala,

Zad ki, dedim, adını sat ay bala,

Özünü mən qoymaram ki, əsgərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Vay, ay aman, gör döyülən qapımı???

İndi harda bəs gizlədim balamı???

Gir tövləyə, ordan çıxar yabını…

Ya, gir dama, aman vermə itlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Qurtarmışam, di gəl, yenə gəzirlər,

Pulluları bircə-bircə bilirlər,

Deyirlər ki, yavaş-yavaş gəlirlər,

Hər tıqqıltı bizi salır hinlərə,

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Vicdan nədi, namus nədi, ar nədi…

“Vayenkom” var, elə bil ki, gürzədi,

Amma ki bu, hər nə versən qanedi,

Nəyim vardı, doldurmuşam ciblərə…

Dədən ölər, qoymaz səni əsgərə…

*    *    *

Bala, bizdən əsgər olmaz ölkiyə,

Biz yaxşıyıq, fırıldağa, bicliyə,

Qurban olum, o  yüzlüyə, minliyə…

Tülkü olub, biz gedərik alverə,

Adam kimi, ta getmərik əsgərə…

15-16. 01. 1993. Ağdam, Yusifcanlı.

 

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye

 

 

ZAUR USTAC — YEKƏ MƏKTƏBİN YEKƏ DƏRDİ.

x-RVTRFF_400x400

YEKƏ MƏKTƏBİN YEKƏ DƏRDİ və ya ZAMANIN GİZLƏTDİYİ RƏSM

On il get-gəldən sonra, axır ki, kənd məktəbindən güc-bəla canımı qurtardım. Bir xeyli avaralandıqdan sonra bu qənaətə gəldim ki,  gərək mən də yekə məktəb oxuyam. Bu fikir-xəyal ilə gəldim Bakiyə…  Aradım, axtardım sonda lap o yekə məktəbi tapdım. Məktəb, nə məktəb… Dağ boyda… Başı buludlara dəyir… Bu mənim lap xoşuma gəldi, məni yaman  sevindirdi, əlqərəz çox xoşhal oldum… Elə doqqazdan içəri keçmək istəyirdim ki, gözüm sataşdı, sol tərəfdəki divarda olan rəsmə… Bu rəsm də çox xoşuma gəldi… Şəklə az baxmışam, çox baxmışam onu deyə bilmərəm… Şəkil də nə şəkil… Gördüm şəkildə şikil kimi bir oğlandı durub. Əli də cibində. Deməli, tam olaraq mənzərə belədir, bir əlində kitab tutub, o biri əlini də qoyub cibinə. Cib də ki, az qalır partlasın… Buradan məndə belə bir yəqinlik hasil oldu ki, yəni əgər oxumaq istəyirsənsə, vacibdir ki, əlin mütləq cibində ola… Necə deyərlər, “arifə bir işarə bəs eylər…” Mən də ki, arif adam. Çar-naçar qayıtdım geri, mən də ciblərimi hörüb təzədən gəldim məktəbə…(öldü var, döndü yoxdu – oxuyajam) Əlimi də qoymuşam cibimə — biliyim tökülməsin… Elə, içəri girmək istəyirdim ki, keçərətdəcə məni yekə qarın, yekə burun, başının ortası yox, burnunun altında güvə yemiş, sapsarı naftalin iyi verən cıqqılıca bığı, boynunda nazik, uzun qarnının üstünə Yer kürəsin ikiyə bölən yaşıl zolaq kimi aşırdığı xaltası olan  bir “kişi” saxladı:

— A bala, hələ bir dur görək, belə qaranəfəs hara gedirsən, May da ha döyülü deyəm gilasın sezonudu – iyuldu deməli, hələm gilasın sezonuna da çox var… Görürəm, diribaş uşağa oxşuyursan, amma bir əması var. O gördüyün şikil  çoxdan köhnəlib. Daha cib zəmanəsi döylü, bala… Vallahi də döylü, Billahi də… Tay cibişdan zəmanəsi çoxdan ötüb… İndi oxumaq istəyənin yedəyində gərək diplom atı olsun, diplom atı…

Matım-qutum qurudu qaldım belə… İndi məni dərd götürüb, mən yazıq, borc-xərc bu diplom atın aldım, bəs onun yükünü necə tutacam???

29.07.1991. Bakı.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac #yazarlaraz #ustacaz #yazar #ustac #azərbaycan #türkiye

Xaliq Rəhimli — Zaur Ustac haqqında.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  üçüncü  yazı:

 

otuzfscild

«Çoxu deyər tay dünyanın sonudu Fəqət bilməz yeni dünya sənindi» — deyən Zaur Ustacın şeirləri öz nikbinliyi, həyat eşqinin zənginliyi ilə məndə maraq oyatdı. Zaurun şeirlərində şifahi xalq ədəbiyyatının ətri, ustad nəfəsi var. Yaxşı cəhətlərdən biri budur ki, şair min illərin əzəli və əbədi mövzularına özünəməxsus şəkildə yanaşmağı bacarır, həmkarlarından fərqlənməyə çalışır və buna nail olur Zaur Ustacın şeirlərinə işıq salan eyni zamanda onun səmimiyyətidir, sözə məsuliyyətlə yanaşmasıdır. O kəmiyyətdən çox keyfiyyətə fikir verir və zəhmətsiz, havayı şöhrətdən uzaqdır. Bu da özündən əvvəlki söz ustadlarının ruhuna hörmət əlamətidir. İstedadı verən Allahdır Bu mənada Zaurun Yaradanın nəzərində olmağına inanıram. Sözündən tanıdığım şair dostuma yeni- yeni uğurlar diləyirəm.

Müəllif:  Xaliq Rehimli

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

HƏZRƏT ABBASA BİRİNCİ MƏKTUB

OMAC

Əzizlərim, mən, Əbdürrəhim bəy oğlu Mirzə Səfər hüzurunuzda ərz edirəm ki, bu yazdıqlarımın mənim düşüncələrimə, dünya görüşlərimə və ümumilikdə heç zadıma dəxləcəyi yoxdur, vəssalam… Mən sadəcə vəzifəm icabı boynuma düşən yükü ortadan qaldırmağa çalışıram. Yani bu iş, bu qədər sadədir. Yazıb-oxuma bilməyən bacı-qardaşlar məndən ki, xahiş edərlər Həzrət Abbasa məktub yazım, mən də onların nəql etdiyi vaqeələri yazıb göndərirəm Həzrət Abbasa… O həzrət də sağ olsun ki, hələ bu günə qədər qırmızı mürəkkəblə yazılmış heç bir məktubumuzu cavabsız qoymayıb. Deməli belə məsələn bu yaxın günlərdə bir dəmirçi baba, şükür eləyə-eləyə gəlib oturub yanımda deyir ki, yaz ay Mirzə Səfər, yaz… Bilirəm ki, bu məmləkətdə sənden qeyri heç kim mən dediklərimi eşitdiyi kimi yazmayacaq. Yaz, bir məktub göndərək Həzrət Abbasa. Mən  biçarə  də nə edim… O dedi, mən də vəzifəm icabı  yazdım:

BİRİNCİ MƏKTUB

Atam, anam sənə qurban ay Həzrət Abbas bu nə işdi… Belə də dərd olar — o günü dəmirçixanamda sakitcə oturmuşdum. Kaş elə əvvəlki, iyirmi doqquz gün kimi, o gün də axşama qədər elə boş-bekar oturaydım… Öynədən sonra qəfildən bu qıçı qırılmış Kar Əli, axsax atı ilə taytıya-taytıya çıxdı böyürdən… Mən də həmişəki kimi dedim ki, get, sabah gələrsən ancaq kimə deyirsən, getmədi ki, getmədi… Bu zalım oğlu bir kəlmə eşidir ki, bəyəm… Axır naəlac qalıb, qəməltini götürdüm, başladım ki, atın dırnağını zir-zibildən azad edəm, baxam görəm nə olub… Birdən bu çər dəymiş at necə etdisə, ayağı bu kar binamazın əlindən nətər çıxıb, mənim dirsəyimə dəydisə, əlimdəki  şoğərib qəməlti saplandı gözümə… Vay, vay… Zülüm də elə bundan sonra başladı. Məhlədə bir vay-şivən qopdu ki, nəysə külfəti bir-təhər sakit edib, qəməlti də gözümdən sallana-sallana getdim ən yaxındakı həkim məntəqəsinə… Orda bir xeyli gözlədikdən sonra, süpürgəşidən tutmuş, baş həkimə qədər hamı bir-bir gəlib gözümdən sallanan qəməltiyə qərib-qərib baxıb getdi. sonra sağ olsunlar, xəbəri eşidən ətraf qonşular da gəlib-baxıb getdilər. Bir xeyli də gözlədikdən sonra səbri-qərarım kəsildi, tibb bacısından soroşdum ki, bacı tay kimi gözləyirik bu şoğəribi gözümdən aralayın, mən də azad olub gedim də… Mənə nə desə yaxşıdır… Gözətçimiz uşağı uşaqbağçasından götürməyə gedib, gözlə o da gəlib baxsın sonra bir şey fikirləşərik… Nəsə, nə başınızı ağrıdım, sonda bu nataraz köpəkoğlu da gəlib çıxdı. Gözətçi də gözümün halına qərib-qərib baxandan sonra tibb bacısı nə desə yaxşıdır… Mənə deyəsən ki, bu iş burada düzələn deyil, sən gərək gedəsən lap o, baş xəstəxanaya, göz xəstəxanalarının gözü olan, bir göz xəstəxanası var ha, bax ora getməlisən… Əvvəlcə cin vurdu təpəmə… Bir istədim ki… Sonra dedim, lənət şeytana, bu cinlərdən kimə xeyir gəlib ki, mənə də gələ… Odur ki, kor-peşiman yol aldım, bu baş xəstəxanaya… Artıq hava qaralmışdı, demək olar ki, gecə idi… Orda da məni gözətçi qarşılayıb, xeyli sorğu-sual edəndən sonra göndərdi tibb bacısının yanına… ay atam-anam sənə qurban bu tibb bacılarının da hamısı elə bil eyni atadan-anadan törəyib, hamısı bir bezin qırağıdır… Amma, adamın üstündə allah var bu qız bir az insaflı idi. Sağ olsun yer göstərib, məni oturtdu, sonra başıma gələmləri dinlədi, sonra həkimə cibdən telefon açıb, vaqeəni ona da nəql etdi… Eşidirəm, həkim xəttin o başından deyir ki, sorunç gör minə razıdırsa durum gəlim, çıxardım o şoğərib qəməltini, yarasını da tikim, yoxsa işim çoxdu «denrajdeniyam» var… Tez cavab ver, gör əgər razıdırsa, qəbul eylə xəstəxanaya, təğyiri-libas olub, xəstəxana paltarı geysin gəlirəm…  Gözətçiyə də tapşır gözü üstündə olsun qaçıb eliyər ha…Dedim ay bacı, ay gözəl tibb bacısı, bacım…  Gözüm məni öldürür axı, paltarı dəyişməyin nə mənası var  axı, mən elə öz cır-cındırımla  buradaca oturub gözləyərəm… Dedi ki, yox ay qardaş nə danışırsız elə də iş olar… Onda həkim gəlməyəcək… Gərək siz qəbul olunub, xəstəxana paltarı geyinəsiz ki, o da arxayın olub, durub gələ bura… Yoxsa, Vallahi dünya dağıla, həkim nağd bilməsə ki, burada onu gözləyən var, dünyasında gəlməz… Bacı, ay bacı, məndə o min olsaydı nə vardı… Mən  bu işıqlı dünyaya göz açandan — kaş heç açmayaydım — nəin ki, min o sən deyənin yüzünü heç bir yerdə topa görməmişəm… İndi mən nə edim… Haranın külünü töküm başıma… Nəsə, çox çək-çevirdən sonra cibi alıb özüm doxtorla danışdım… Vallahi sağ olsun, insan adam imiş məni anladı, dedi ki, yaxşı sən get «piryomnuya», yazıl xəstəxanaya, əynini də dəyiş, bizim paltarlardan gey hazır gözlə, mən gəlirəm qalanın orda danışarıq, tay bunlar telefon söhbəti deyil… Yenə sağ olsun, məclisi yarımçıq buraxıb,  durub gəldi, xəstəxanaya — öz iş yerinə. Oturub mənimlə söhbət etdi, mən ağladım, o ağladı… Mən ağladım, o ağladı…  (Bu şoğərib qəməlti də sallanır ey gözümdən, arada qəməltinin sapı stolun üstünə dəyir və o hər tık elədikcə nədənsə qeyri-ixtiyari yadıma «sapı özümüzdən olan baltalar» düşürdü… )  Əlqərəz, bir xeyli cəhl vurduq…. Ancaq, çifayda mən bisavad baba, o üç-dörd univeristə bitirmiş doxtor… Ağlamaqda ona çata bilməyib, pəs etdim… O da sağ olsun, istədiyini  bir il ərzində hissə-hissə almağa razılaşıb, qəməltini gözümdən, çxartdı, yarasını tikib, müalicə etdi… Bir xeyli keçəndən sonra o gözümə şüşə də qoyub ki, heç gözümün yaralı olduğun özüm belə hiss etmirəm… Mənim şikayətim bundan deyil… Gözətçilər də, tibb bacıları da, lap elə doxtorların çoxu da bir tikə çörək pulunun əsirinə çevrilib, qarınlarını otarmaqla məşğuldur… Qoy olsunlar… Özəl haqqlarıdır mən bir şey deməm… Mənim şikayətim bu yazıq-binəvaları bu günə salıb, belə ağlar günə qoyanlardandır… Vay-vay doxtor necə ağlayırdı,  necə ağlayırdı, ay Allah… Deyirəm, Vallahi  hansı məsələ olur-olsun, oxumuş adam başqadır… Ya Həzrət Abbas  inan  ki, zalım oğluna dil çatdırmaq olmurdu… Vallahi, tay bilmirəm nə deyəm, yəqin ki, bu yazıq Mirzə də dəng oldu. Odur ki, söhbəti kəsə edib, bu yazıqları ağlar günə qoyanlar var ha, onların hamısını sənə tapşırıram, ya Həzrət Abbas… Atam-anam sənə qurban, ay Həzrət Abbas… Sağ olsun, bu mirzə ay Həzrət Abbas…

İmza: Çörəyi daşdan çıxan, Dəmirçi Həsən.

«HƏZRƏT ABBASA MƏKTUBLAR» SİLSİLƏSİNDƏN: — Mirzə SƏFƏR

 

«Şair Zaur Ustac haqqında» — Əjdər ƏLİZADƏ

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  ikinci  yazı:

otuzfscild

 

Şair Zaur Ustac haqqında:

Zaur Ustac öz dəsti-xəti ilə, şeir yazmaq üslubu ilə, özünəməxsus şairlik istedadı ilə müasir Azərbaycan ədəbiyyatına artıq püxtələşmiş bir şair kimi daxil olacaq şairlərdəndir. Zaur Ustac yaradıcılığı çox maraqlı, çox zəngin və oxucunun ürəyinə yol tapandır. Şairin vətənpərvər, hərbi vətənpərvər və müqəddəs anaları vəsf edən şeirlərini xüsusi qeyd etmək istərdim. Zaur Ustacın bu qəbildən olan dərslik kitablarına daxil edilə biləcək çoxlu sayda əsərləri mövcuddur. Qarabağımız, şəhidlərimiz və şəhid analarına həsr olunmuş şeirləri daha önəmlidir.
Şairin təbiəti vəsf edən şeirlərini oxuduqca insan qeyri-ixtiyari xəyal qanadlarına yüklənərək həmin dağlara, yamaclara, mənzərəli yerlərə səyahət edir.
Şairin sevgi şeirləri də çoxdur. Onun lirik şeirlərini oxuduqda keçmişdə sinədəftər, bədahətən deyişmələr edən şair və aşıqları, hətta Dədə Ələsgəri xatırlamamaq olmur.
Biz də istedadlı şair Zaur Ustaca bu gözəl və nəcib yaradıcılıq yollarında sonsuz nailiyyətlər arzulayırıq.

Müəllif: Əjdər Əlizadə

QISA ARAYIŞ:

Əjdər Əlizadə, keçmiş SSRİ jurnalistlər ittifaqının və indiki Azərbaycan jurnalistlər birliyinin üzvü, “Qızıl Qələm”- Fəxri Media Mükafatı laureatı (1983 və 2003), Həsənbəy Zərdabi adına Diplom (2003) laureatı.
Üç kitab müəllifi (“Sevgi də bir dünyadır”, “Qəzəllər”, “Vətənimi sevə-sevə yaşadım”)

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.